Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 47 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 791 766 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 788 nəfər müalicə olunaraq sağalıb, 9 684 nəfər vəfat edib, aktiv xəstə sayı 294 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 285, ötən müddət ərzində isə ümumilikdə 6 687 581 test aparılıb.