Azərbaycanda daha 7 032 nəfər koronavirusa yoluxub, 22 nəfər ölüb

Azərbaycanda daha 7 032 nəfər koronavirusa yoluxub, 22 nəfər ölüb
  • Cəmiyyət / Maraqlı

  • Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 7 032 yeni yoluxma faktı qeydə alınıb, 5 285 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 710 366 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 653 797 nəfər müalicə olunaraq sağalıb, 8 920 nəfər vəfat edib, aktiv xəstə sayı 47 649 nəfərdir.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 889, ötən müddət ərzində isə ümumilikdə 6 296 788 test aparılıb.

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər