Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 99 yeni yoluxma faktı qeydə alınıb, 315 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdanverilən məlumata görə, analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 791 176 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 780 302 nəfər müalicə olunaraq sağalıb, 9 641 nəfər vəfat edib. 1 233 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 677, bu günə qədər isə ümumilikdə 6 651 787 test icra olunub.