Azərbaycanda son sutkada daha 18 nəfər koronavirusdan ölüb

Azərbaycanda son sutkada daha 18 nəfər koronavirusdan ölüb
  • Cəmiyyət

  • Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 226 yeni yoluxma faktı qeydə alınıb, 1 649 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 604 480 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 576 264 nəfər müalicə olunaraq sağalıb, 8 088 nəfər vəfat edib. 20 128 nəfər aktiv xəstə sayını təşkil edib.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 280, bu günə qədər isə ümumilikdə 5 677 746 test icra olunub.



    PAYLAŞ:

    Oxşar xəbərlər