Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana gəlib.
"Leqal.az" xəbər verir ki, bu barədə Türkiyənin xarici siyasət idarəsinin rəhbəri tviter hesabında bildirib.
"NATO xarici işlər nazirlərinin Brüsseldə Ukrayna üzrə fövqəladə iclasından sonra əlaqələrimizi və regional hadisələri müzakirə etmək üçün Can Azərbaycandayıq", - Çavuşoğlu sosial şəbəkə hesabında yazıb.