Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı 6000-i keçdi

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı 6000-i keçdi
  • Cəmiyyət / Maraqlı

  • Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 6 620 yeni yoluxma faktı qeydə alınıb, 3 385 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 670 313 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 630 727 nəfər müalicə olunaraq sağalıb, 8 779 nəfər vəfat edib, aktiv xəstə sayı 30 807 nəfərdir.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 797, ötən müddət ərzində isə ümumilikdə 6 191 130 test aparılıb.

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər