Azərbaycanda sutkada 306 nəfər koronavirusa yoluxub

Azərbaycanda sutkada 306 nəfər koronavirusa yoluxub
  • Cəmiyyət / Maraqlı

  • Azərbaycanda koronavirus infeksiyasına 306 yeni yoluxma faktı qeydə alınıb, 560 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 11 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 614 936 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 595 658 nəfər müalicə olunaraq sağalıb, 8 308 nəfər vəfat edib. 10 970 nəfər aktiv xəstə sayını təşkil edib.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 482, bu günə qədər isə ümumilikdə 5 824 190 test icra olunub.
    Ötən gün 21 vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17, buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 nəfərdir.

    Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 224 605, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 157 956, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 662 029, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 404 620 təşkil edir.


    PAYLAŞ:

    Oxşar xəbərlər