Operativ Qərargah sutka üzrə koronavirus statistikasını açıqladı

Operativ Qərargah sutka üzrə koronavirus statistikasını açıqladı
  • Cəmiyyət / Maraqlı

  • Azərbaycanda COVID-19 infeksiyasına 510 yeni yoluxma faktı qeydə alınıb, 1 039 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 616 352 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 598 793 nəfər müalicə olunaraq sağalıb, 8 346 nəfər vəfat edib, aktiv xəstə sayı 9 213 nəfərdir.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 771, ötən müddət ərzində isə ümumilikdə 5 853 336 test aparılıb.


    Ötən gün koronavirus əleyhinə 32 103 vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 794, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 591, buster doza üzrə vaksinasiya olunanların sayı isə 25 718 nəfərdir.

    PAYLAŞ:

    Oxşar xəbərlər