Helikopter qəzasında şəhid olanların cənazələri ailələrinə təhvil verilir

Helikopter qəzasında şəhid olanların cənazələri ailələrinə təhvil verilir
  • Cəmiyyət

  • Dünən baş verən helikopter qəzasında şəhid olanların cənazələri ailələrinə təhvil verilir.

    "Leqal" xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

    Hazırda hadisə ilə bağlı Baş prokurorluq tərəfindən istintaq aparılır. Helikopterin qara qutusu tapılıb, hadisə şahidlərinin ifadəsi alınıb.

    Qeyd edək ki, noyabrın 30-u hərbi helikopterin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 14 nəfər həlak olub, iki nəfər yaralanıb.

    Baku TV-nin videosunu təqdim edirik:







    Mənbə: Trend
    PAYLAŞ:

    Oxşar xəbərlər