“Delta”dan 15 dəfə təhlükəli:

“Delta”dan 15 dəfə təhlükəli:
  • Cəmiyyət

  • Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun Cənubi Afrika ölkələrində yayılan yeni variantını (B.1.1.529) “narahatlıq doğuran variant” hesab edib.

    "Leqal" xəbər verir ki, beynəlxalq qurumun ekspertlər qremiyası bu qərarı variantın çox sayda mutasiyalara uğraması ilə əsaslandırıb. Gələcəkdə həmin varaint yunan əlifbasının “omicron” hərfi ilə tanınacaq.

    ÜST klassifikasiyasına görə, bu varaint yüksək yoluxuculuq və ya xəstəliyin ağır gedişata malik variantları sırasında yer alır. Ekspertlərin rəyinə əsasən, bu variantın indiyədək məlum olan variantlarla müqayisədə daha yoluxucu və ya aqressiv olub-olmadığı yaxın həftələrdə aparılan araşdırmaların ilkin nəticələrində məlum olacaq.

    Qeyd edilməlidir ki, koronavirus variantları ÜST tərəfindən iki kateqoriya üzrə təsniflərir. Müşahidə altına alınan variantlara “maraq doğuran variant” (variant of interest) adı verilir. Daha geniş miqyasda yoluxmalara səbəb olan variantlara isə “narahatlıq doğuran variant” (variant of concern) adı verilir. Onlara qarşı mübarizə aparmaq çətin olur, yoluxma nəticəsində xəstəliyin ağır formada və fəsadlarla keçməsi müşahidə edilir. İndiyə kimi ÜST virusun alfa, beta, qamma və delta variantlarını bu kateqoriyaya daxil edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər