Prezident İlham Əliyevin ABŞ-a tarixi səfəri Azərbaycan üçün böyük diplomatik qələbədir

Prezident İlham Əliyevin ABŞ-a tarixi səfəri Azərbaycan üçün böyük diplomatik qələbədir
  • ---

  • Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına etdiyi tarixi səfər yalnız Azərbaycan-ABŞ münasibətləri üçün deyil, bütövlükdə regionun siyasi gələcəyi üçün önəmli hadisə oldu. Prezidentin Vaşinqtondakı görüşlərdə verdiyi mesajlar, xüsusilə Ermənistanın üzərinə düşən məsuliyyəti açıq şəkildə ortaya qoydu.

    Bu fikirləri açıqlamasında Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova söyləyib.

    Onun sözlərinə görə, Ermənistan nə qədər tez addımlar atsa, bir o qədər öz xeyrinə olacaq. Ermənistan məsələni daha öncə yubatmamalıydı, indi isə istəsə də gecikdirə bilməyəcək. Əks təqdirdə, bu, ilk növbədə, ABŞ-a və şəxsən Prezident Trampa hörmətsizlik, öz imzasına isə növbəti sayğısızlıq olacaq. Bu gün sülh sazişinin imzalanması, nəqliyyat kommunikasiyalarının açılması Ermənistan üçün də tarixi fürsətdir.

    QHT sədri qeyd edib ki, Vaşinqton səfəri, uzun müddət ərzində Bayden–Blinken administrasiyası, Makron, Avropa Birliyi, Avropa Şurası və Avropa Parlamenti kimi mərkəzlər tərəfindən aparılan “Azərbaycanı güzəştlərə məcbur etmək” siyasətinin tam iflası oldu. Siyasi və diplomatik təzyiqlərə, beynəlxalq mediada təşkil olunan qarayaxma kampaniyasına, sanksiya hədələrinə baxmayaraq, Prezident İlham Əliyev bir addım belə geri çəkilmədi. Əsl liderə xas olan qətiyyət, prinsipiallıq və siyasi iradə nümayiş etdirdi, diplomatik strategiyasını tam həcmdə və uğurla gerçəkləşdirdi. Azərbaycanla təzyiq dilində danışmağa çalışanlar, bu gün gerçəkliyi qəbul etmək məcburiyyətindədirlər.

    “Prezident İlham Əliyevin sülh prosesində liderliyi regionumuzu yeni müharibələrdən xilas edib. Sülh neçə-neçə gəncimizin həyatının xilas edilməsi, qurbanlara son qoyulması deməkdir. Bəllidir ki, regionumuzu yeni müharibələrə sürükləmək istəyən şər qüvvələr az deyildi. Amma Prezident İlham Əliyev müharibədə Qələbəni təmin edərək, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi, eyni zamanda, sülh gündəliyini uğurla gerçəkləşdirdi. Bu, bütövlükdə regionumuzu yeni bəlalardan xilas etmək deməkdir.

    Dövlətimizin başçısının ABŞ-a tarixi səfərinin nəticələri, imzalanan sənədlər və aparılan danışıqlar ölkəmizin beynəlxalq mövqeyini daha da möhkəmləndirəcək və Cənubi Qafqazda dayanıqlı sülhün təmininə xidmət edəcək”, - deyə Arzu Bağırova bildirib.
    PAYLAŞ:

    Oxşar xəbərlər