Koronavirusa görə bağlanan məktəblərin siyahısına daha biri əlavə olundu

Koronavirusa görə bağlanan məktəblərin siyahısına daha biri əlavə olundu
  • Təhsil

  • Qax şəhərində yerləşən N.Allahverdiyev adına Qax şəhər 2 nömrəli məktəb-liseyində dərslərin distant formada keçirilməsi qərara alınıb.

    LEQAL.AZ oxu.az-a istinadən xəbər verir ki, buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirusun (COVID-19) yayılmasıdır.

    Dərslər iki həftəlik distant formada davam etdiriləcək.

    Qeyd edək ki, respublika üzrə bir çox məktəb koronavirusa görə dərsləri distant formada davam etdirir.
    PAYLAŞ:

    Oxşar xəbərlər