Cənubi Afrikada bina uçdu: 19 nəfər öldü

Cənubi Afrikada bina uçdu: 19 nəfər öldü
  • Dünya

  • Cənubi Afrikanın Corc şəhərində mayın 6-da çökən çoxmərtəbəli binada ölənlərin sayı 19-a yüksəlib.

    Leqal.az  xarici mediaya istinadən xəbər verir ki, şəhər bələdiyyəsindən verilən açıqlamada 81 inşaat işçisinin dağıntılar altında qaldığı binanın dağıntıları altından indiyədək 48 nəfərin xilas edildiyi bildirilib.

    Açıqlamada hadisədə həyatını itirənlərin sayının 19-a yüksəldiyi açıqlanıb.

    Açıqlamada dağıntılar altında qalan 33 nəfərin axtarış-xilasetmə işlərinin hadisənin 7-ci günündən fasiləsiz davam etdiyi vurğulanıb və yaralanan işçilərdən 14-nün xəstəxanada müalicəsinin davam etdiyi paylaşılıb.

    St George şəhərinin mərkəzində, Viktoriya və York küçələrinin küncündə, meriyanın yanında yerləşən tikilməkdə olan çoxmərtəbəli bina mayın 6-da uçub.

    Hadisədən sonra bələdiyyə binadakı insanların sayını 75 nəfər elan etsə də, sonradan bu rəqəmi 81-ə çatdırıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər