Bakıda məktəblərdən biri koronavirusa görə bağlandı

Bakıda məktəblərdən biri koronavirusa görə bağlandı
  • Təhsil

  • Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən 106 saylı tam orta məktəbdə dərslərin distant formada keçirilməsi qərara alınıb.

    Buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirus xəstəliyinin (COVID-19) yayılmasıdır.

    Dərslər 14 gün müddətində distant formada davam etdiriləcək.

    Qeyd edək ki, bundan əvvəl ölkə üzrə dörd məktəb COVID-19-a görə bağlanıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər