ADU-nun kafedra müdiri vəfat etdi

ADU-nun kafedra müdiri vəfat etdi
  • Təhsil

  • Azərbaycan Dillər Universitetinin (ADU) Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor Gülnar Hüseynzadə vəfat edib.

    LEQAL.AZ xəbər verir ki, professor bu gün 67 yaşında dünyasını dəyişib.

    G.Hüseynzadə 1974-cü ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun Qərbi Avropa Dilləri fakültəsinin ingilis dili bölməsini bitirib.

    Alim Təhsil Nazirliyinin elmi-metodik şurasının Avropa dilləri və ədəbiyyat bölməsinin, Təhsil Problemləri İnstitutunun pedaqogika və psixologiya problemləri üzrə Elmi Şurasının, ADU-nun Elmi Şurasının, ADU-nun nəzdində doktorluq dissertasiyası Şurasının, ADU-nun nəşri olan “Elmi əsərlər”in idarə heyətinin üzvü olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər