Kamerun Respublikasının Prezidenti Pol Biya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
LEQAL.AZ xəbər verir ki, təbrik mətnində deyilir:
"Cənab Prezident.
Ölkənizin milli bayramı - 28 May – Respublika Günü münasibətilə Sizə səmimi və xoş təbriklərimi çatdırır, Azərbaycan xalqına sağlamlıq və firavanlıq arzulayıram.
Cənab Prezident, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".