LEQAL.AZ xəbər verir ki, Ermənistan xarici işlər naziri Ara Ayvazyan istefa ərizəsini təqdim edib, bu barədə XİN mətbuat katibi Anna Nağdalyan öz Facebook hesabında yazıb.
Ara Ayvazyanın istefa verəcəyi haqqında şayiələr bundan bir həftə əvvəl yayılmağa başlayıb.
Bəzi informasiya vasitələrinə əsasən, Ayvazyanın istefasına səbəb Ermənistanla Azərbaycan sərhədlərinin delimitasiyası haqqında tərəflər və Rusiya arasında razılaşdırılmış olduğu deyilən sənəd barədə ona qabaqcadan məlumatın verilmədiyi olub.
Əvvəlcə belə bir "erməni tərəfini sərf etməyən" sənədin mövcud olduğu barədə Vatikanda Ermənistanın keçmiş səfiri, Serj Sarkisyanın kürəkəni Mikayel Minasyan xəbər yaymışdı.
Sonradan parlament üzvlərinin tələbi ilə belə sənəd olduğunu Nikol Paşinyan da təsdiq edib.
Xarici işlər naziri vəzifəsinə Ara Ayvazyan 2020-ci il noyabrın 18-də dərhal Zohrab Mnatsakanyan bu vəzifəni tərk etdikdən sonra təyin olunub.