İmran xan: Pakistan çətin anlarda daim qardaş Azərbaycanın yanında olub

İmran xan: Pakistan çətin anlarda daim qardaş Azərbaycanın yanında olub
  • Siyasət

  • Pakistan Azərbaycanla olan strateji əlaqələri yüksək qiymətləndirir. Mükəmməl ikitərəfli münasibətlərimiz Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsindən sonra daha da möhkəmlənib. Pakistan çətin anlarda daim qardaş Azərbaycanın yanında olub.

    LEQAL.AZ
    xəbər verir ki, bu fikirlər Pakistan İslam Respublikasının Baş naziri İmran Xanın Respublika Günü münasibətilə Azərbaycan Respublikasının Prezident İlham Əliyevə təbrikində yer alıb.

    Təbrikdə deyilir: “Əminəm ki, yaxın günlərdə ikitərəfli əməkdaşlığımız xalqlarımızın rifahı naminə bir çox sahədə daha da dərinləşəcək. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulmasında iştirak etməyə hazırıq”.

    Pakistanın Baş naziri Azərbaycan Prezidenti İlham Əliyevə cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycan xalqına firavanlıq və davamlı inkişaf arzulayıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər