Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad olunmuş Cəbrayıl rayonunun Sirik kəndinin videogörüntülərini paylaşıb.
LEQAL.AZ Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.
Sirik kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran Azərbaycan Ordusu oktyabrın 22-də kəndi işğaldan azad edib.
1918-ci il dekabrın 18-də erməni-daşnak silahlı dəstəsi Sirik kəndinə hücum edərək kəndi yandırıb, əhalinin əmlakını talan edib və dağıdıb. Hücum nəticəsində kəndin əhalisindən 11 kişi, 10 qadın, 14 uşaq öldürülüb, 2 kişi yaralanıb.