Təlimlərin gedişi barədə məruzələr dinlənilib

Təlimlərin gedişi barədə məruzələr dinlənilib
  • Siyasət

  • Azərbaycan Ordusunun təlimləri davam edir. Növbəti mərhələdə müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin təlimlərin gedişi barədə maket üzərində məruzələrini dinləyib.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, təlimlərdə antiterror əməliyyatları ilə bağlı qərar, qoşunların döyüş tapşırıqları və qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkili dəqiqləşdirilib.

    Məruzələr dinlənildikdən sonra ehtiyatların və mərkəzi tabelikdə olan qoşunların antiterror əməliyyatına bilavasitə hazırlığı, yenidən qruplaşmanın keçirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər