Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin əməliyyat-taktiki təlimlərin gedişi barədə maket üzərində məruzələrini dinləyib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, eyni zamanda, təlimlərin planına uyğun olaraq ərazinin kəşfi nəticəsində əldə olunan məlumatlar əsasında maket üzərində tapşırıqlar, qoşunların qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkili dəqiqləşdirilib.
General-polkovnik Zakir Həsənov qoşunların idarə olunması üzrə müvafiq tapşırıqlar verib.