Hərbi Liseydə Ümummilli Liderimizin anadan olmasının 98-ci ildönümü qeyd edilib

Hərbi Liseydə Ümummilli Liderimizin anadan olmasının 98-ci ildönümü qeyd edilib
  • Siyasət

  • C.Naxçıvanski adına Hərbi Liseydə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə tədbir keçirilib.

    LEQAL.AZ xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

    Əvvəlcə tədbir iştirakçıları Hərbi Liseydəki Heydər Əliyev Muzeyini ziyarət edib, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotostendlərə və eksponatlara baxıblar.

    Xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

    Sonra ulu öndər Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən qısametrajlı film nümayiş olunub.

    Tədbirdə çıxış edənlər xalqımızın ümummilli lideri Heydər Əliyevin şərəfli və  zəngin ömür yolundan, o cümlədən  ordu quruculuğu istiqamətindəki tarixi fəaliyyətindən danışıblar. Vurğulanıb ki,  Azərbaycanın zəngin dövlətçilik tarixində güclü və yüksək döyüş hazırlığına malik ordunun yaradılması və formalaşdırılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

    Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin geniş konsert proqramı ilə davam edib.


    PAYLAŞ:

    Oxşar xəbərlər