Azərbaycan və Rumıniya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Rumıniya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib
  • Siyasət

  • Aprelin 27-də Azərbaycan və Rumıniya Xarici İşlər nazirlikləri arasında videokonfrans formatında doqquzuncu siyasi məsləhətləşmələr keçirilib.

    Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən LEQAL.AZ-a bildirilib ki, Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini və Rumıniya tərəfindən Xarici İşlər Nazirliyinin dövlət katibinin iştirak etdiyi siyasi məsləhətləşmələrdə ikitərəfli və çoxtərəfli münasibətlərə dair məsələlər müzakirə mövzusu olub.

    Görüşdə tərəflər Azərbaycan-Rumıniya ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti və əməkdaşlıq gündəliyindəki məsələlər, Cənubi Qafqaz bölgəsinin təhlükəsizliyi və inkişafı, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və digər maraq kəsb edən regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

    Məsləhətləşmələr zamanı iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi, eləcə də parlamentlərarası əlaqələrin genişləndirilməsinin əhəmiyyəti qeyd edilib.

    Görüşdə, həmçinin COVID-19 pandemiyası ilə bağlı vəziyyətdən asılı olaraq iki ölkə arasında növbəti siyasi məsləhətləşmələrin hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə görüş formatında keçirilməsinə dair razılığa gəlinib.
    PAYLAŞ:

    Oxşar xəbərlər