Gürcüstanın erməni icmasının üzvləri paytaxt Tbilisinin mərkəzində qondarma “erməni soyqırımı”nın 106-cı ildönümünə həsr olunan aksiya keçirirlər.
LEQAL.AZ “Report”-a istinadən xəbər verir ki, Filarmoniya binasının qarşısında toplaşan aksiyaçılar Azərbaycan və Türkiyəyə qarşı təxribata əl atıblar.
Belə ki, onlar əllərində Gürcüstan və Ermənistan bayraqları ilə yanaşı vaxtilə Azərbaycanın işğal altında saxlanılan ərazilərində erməni separatçılarının yaratdığı qondarma rejimin “bayraq”larını da tutublar. Bununla yanaşı, aksiyada Türkiyənin ən hündür dağı olan Ağrı dağın təsviri olduğu və "Ararat Ermənistanın ən hündür dağıdır" sözlərinin yazıldığı plakat da qaldırıblar.
Aksiyaçılar Türkiyənin Gürcüstandakı səfirliyinin binasına qədər yürüş etməyi planlaşdırırlar.