Ərdoğan və Bayden iyunda görüşəcək

Ərdoğan və Bayden iyunda görüşəcək
  • Siyasət

  • Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Co Bayden arasında telefon danışığı olub.

    LEQAL.AZ "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Ağ ev məlumat yayıb. Məlumatda Baydenin əməkdaşlıq sahələrinin genişləndirilməsi və anlaşılmazlıqların effektiv idarə olunması ilə bağlı maraqları ifadə olunub.

    "İki lider iyunda NATO zirvəsi çərçivəsində bir çox ikili və regional mövzunu müzakirə etmək üçün görüş keçirmək ilə bağlı razılıq əldə olunub", - deyə məlumatda bildirilir.

    Qeyd edək ki, bu, yanvarın 20-si prezidentlik vəzifəsinin icrasına başlayan Baydenin Ərdoğan ilə ilk telefon danışığıdır./baku.ws
    PAYLAŞ:

    Oxşar xəbərlər