Azərbaycan dilinə, dininə, rənginə, millətinə fərq qoyulmadan onlarla millətin, xalqın bir yerdə bərabər hüququlu yaşadığı, tolerantlığın dünyaya nümunə olacaq ən yüksək formasının mövcud olduğu bir ölkədir. Tarix boyu münbit torpaqlarına, təbii səvətlərinə göz dikən yağı düşmənə qarşı fədakarlıqla sinə gərən xalqımız öz torpaqlarını müdafiə etmişdir. Əsrlər boyu Azərbaycanın tarixi torpaqlarına göz dikən erməni millətçiləri fitnəkar siyasət yeridərək “Dənizdən dənizə Böyük Ermənistan” yaratmaq üçün tarixi torpaqlarımızı işğal etmiş, xalqımıza qarşı soyqırımı siyasəti həyata keçirmişlər. Tək torpaqlarımıza deyil, milli-mənəvi sərvətlərimizə, musiqimizə, ədəbiyyatımıza, tarixi abidələrimizə göz dikərək, mənimsəmək, özününküləşdirmək istəmişlər. Son iki əsrdə dünyanın müxtəlif yerlərindən gətirilərək Azərbaycanın İrəvan xanlığı və digər ərazilərində yerləşdirilən ermənilər tədricən daha böyük ərazilər ələ keçirmək üçün tarixi saxtalaşdırmaqla, yerli azərbaycanlı və ümumilikdə türk xalqına qarşı soyqırım və etnik təmizləmə siyasəti həyata keçirməyə başlamışlar. Keçən əsrin sonlarında müstəqillik qazanmış xalqımızın o vaxtki rəhbərliyinin səriştəsizliyindən və xalqımızın etibarından istifadə edərək ərazilərimizin 20 %-ni işğal etmişlər. Azərbaycanın bütün sülhsevər səylərinə baxmayaraq, Ermənistan destruktiv siyasəti ilə problemin mərhələli şəkildə tənzimlənməsini hər vəchlə əngəlləyir, siyasi və hərbi təxribatlar vasitəsilə danışıqlar prosesini pozur və Azərbaycan ərazilərinin işğalına əsaslanan mövcud status-kvonu davam etdirməklə, bu əraziləri daim işğalda saxlamaq istəyiblər. Atəşkəs rejimi dövründə hərbi təxribatlarla daim atəşkəs rejimi pozaraq münaqişənin dinc yolla həllinə maneələr törədən Ermənistan daim layiqli cavabını almışdır.
Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları son dövrlərdə müntəzəm xarakter almış, belə ki iyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində yenə də artilleriya atəşi nəticəsində hərbçilərimiz və bir mülki şəxs həlak olmuşdur.
Daha sonra avqust ayında Ermənistan növbəti hərbi təxribata əl ataraq Azərbaycana diversiya qrupu göndərmişdir. Diversiya qrupunun başçısı Azərbaycan hərbçiləri tərəfindən saxlanılmışvə planlaşdırılmış təxribatçı diversiya qrupu Azərbaycana terror aktları törətmək üçün gəldiyi müəyyən edilmişdir.
2020-ci il 27 sentyabrtarixində Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribat törətmişdir. Butəxribatnəticəsindəmülki əhali və hərbçilərarasındaitkilərimizolmuşdur. NəticədəAzərbaycanOrdusugenişmiqyaslıəks-hücuməməliyyatına başlamışdır.İkinciQarabağmüharibəsizamanıErmənistansilahlıqüvvələrinindöyüşəməliyyatlarızonasındankənarda yerləşən Bərdə, Gəncə, Tərtərvədigərrayonvəşəhərləriraketatəşinəməruzqoyaraqhumanitaratəşkəsrejimininşərtlərininövbətidəfəkobudşəkildəpozmasınəticəsində vətəndaşlarımızın həlak olması düşməninaçıq-aşkarbeynəlxalqhüquqnormalarınıvəprinsiplərini heçə sayması deməkdir. Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi növbəti hərbi təxribat düşmən ölkənin acınacaqlı və biabırçı məğlubiyyəti ilə başa çatdı.
Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev qeyd etmişdir ki, müzəffər Azərbaycan ordusu döyüş meydanında şərtsiz üstünlüyə malikdir: “Azərbaycan Ordusu döyüş meydanında özünün üstünlüyünü sübut etdi. İşğal edilmiş ərazilərin xeyli hissəsi bir ay ərzində azad olundu. Azərbaycan Ordusunun dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab edilir. Ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların vaxtaşırı dərc etdiyi reytinqlərə əsasən, Azərbaycan Ordusu dünyanın aparıcı 50 ordusu sırasındadır”.
Qısa müddət ərzində Ermənistan başa düşdü ki, Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil. Ötən müddət ərzində iqtisadiyyatın inkişafı, düzgün aparılmış xarici və daxili siyasət, ordu quruculuğu istiqamətindəki islahatlar, Silahlı Qüvvələrimizin ən müasir döyüş texnikası ilə silahlanması Ermənistanın təkcə hərbi deyil, danışıqlar prosesində də Azərbaycana uduzmasına gətirib çıxardı. Çünki Ermənistan hakimiyyəti siyasi müstəvidə də qeyri-konstruktiv yanaşma nümayiş etdirir.
Bu təxribata cavab olaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun apardığı 44 günlük Vətən müharibəsi Ermənistan ordusunun darmadağın olması və işğalçı ölkə üçün kapitulyasiya aktı kimi dəyərləndirilən üçtərəfli Bəyanatın imzalanması ilə nəticələndi. Beləliklə, Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, özü də buna güc yolu və siyasi vasitələrlə nail oldu. Yəni, Azərbaycan öz gücü hesabına, hərbi-siyasi yolla bu problemi həll etdi və ATƏT-in Minsk qrupunun həmsədrlərinin mandatının əsasını təşkil edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi. Bu savaş ilk gündən Azərbaycan Ordusunun qüdrətini, əsgər və zabitlərimizin yüksək döyüş ruhunu nümayiş etdirdi. Silahlı Qüvvələrimizin şəxsi heyəti Vətən müharibəsində qəhrəmancasına döyüşərək düşmənə sarsıdıcı zərbələr endirdi. İllər ərzində Ermənistanın işğal altındakı torpaqlarımızda qurduğu və möhkəmləndirdiyi, minaladığı mürəkkəb konstruksiyalı mühəndis-istehkam qurğuları və digər müdafiə sistemləri ordumuz tərəfindən ilk həmlədə yarıldı. Beləliklə, Azərbaycan Ordusu gücü və qüdrəti barədə söylənən fikirləri ilk gündən döyüş meydanında sübuta yetirdi.
Ölkəmizdəki bütün millətlərin nümayəndələrinin 44 günlük Vətən müharibəsində vahid mövqe nümayiş etdirərək Azərbaycanımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etməsi isə xalqımızın həmrəyliyinin və aparılan düzgün siyasətin böyük qələbəsidir.
Camal Təhməzov,
Masallı rayonu Çaxırlı kənd sakini