"Ermənistanın Azərbaycanla siyasi, diplomatik və iqtisadi əlaqələrin daha fəal inkişafına ehtiyacı olduğu bir həqiqətdir".
LEQAL.AZ "News.am"a istinadən xəbər verir ki, bunu Ermənistan Prezidenti Armen Sarkisyan Gürcüstanda rəsmi səfəri zamanı Tbilisidə erməni jurnalistlərə verdiyi müsahibəsində deyib.
Sarkisyan Gürcüstanda keçirilən görüşlər zamanı bütün mümkün proqramların, təkliflərin, nəqliyyat həllərinin müzakirə olunduğunu bildirib: “Fərqli sxemlər var, 3 + 3 və digərləri. Hər şeyi müzakirə etdik. Hamı başa düşür ki, dalana dirənmiş Ermənistan bir yol ayrıcına çevrilməlidir, amma bu istiqamətdə bir çox çətinlik var. Yolun açılmasından əvvəl min bir addım atılmalıdır. Ancaq Ermənistanın həm Gürcüstan, həm də Azərbaycanla siyasi, diplomatik və iqtisadi əlaqələrin daha fəal inkişafına ehtiyac duyması bir həqiqətdir”./"Qafqazinfo"