Bölmə komandirlərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinləri ilə təlim-metodiki toplantı keçirilib

Bölmə komandirlərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinləri ilə təlim-metodiki toplantı keçirilib
  • Siyasət

  • Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, birlik, birləşmə, qoşun qisimləri, əlahiddə bölmə komandirlərinin və xüsusi təyinatlı hərbi təhsil müəssisələri rəislərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinləri ilə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 2021-ci ilin birinci rübünün yekunlarına dair toplantı keçirilib.

    LEQAL.AZ xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

    Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, vətən müharibəsində qəhrəmanlıq, əzmkarlıq və fədakarlıq göstərən hərbi qulluqçuların döyüş yolu və qabaqcıl təcrübəsi qeyd edilib.
    Toplantıda çıxış edən Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi rəisinin müavini polkovnik Aydın Əyyubov Azərbaycan Ordusu qarşısında qoyulan vəzifələrin müvəffəqiyyətlə yerinə yetirildiyini bildirib. Azərbaycançılıq ideologiyası əsasında hərbi vətənpərvərlik tərbiyəsi və mənəvi-psixoloji hazırlıq səviyyəsinin, o cümlədən hərbi intizamın yüksəldilməsi və digər istiqamətlərdə  görülən işlər, həmçinin qarşıda duran vəzifələr barədə toplantı iştirakçılarını məlumatlandırıb, müvafiq sahədə görüləcək işlər barədə Müdafiə nazirinin tapşırıqlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

    Müdafiə Nazirliyinin Hüquq İdarəsi rəisinin müavini polkovnik Vüqar İsayev hərbi qulluqçuların statusu haqqında qanun və hərbi qulluqçuların sosial müdafiəsi sahəsində qanunvericiliyin tələbləri barədə toplantı iştirakçılarına ətraflı məlumat verib.

    Tədbirdə Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani çıxış edərək Vətən müharibəsində Azərbaycan
    Ordusunun döyüş ruhunun, vətənpərvərlik hissinin, qələbə əzminin yüksək olmasında bölmə komandirlərinin ideoloji iş və mənəvi psixoloji təminat üzrə müavinlərinin əvəzsiz xidmətlərinin olduğunu diqqətə çatdırıb.

    Toplantıda ordumuzun şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığına təsir edən bir çox mövzular ətrafında fikir mübadiləsi aparılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər