Baş nazir Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

Baş nazir Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb
  • Siyasət

  • Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 14-də ölkəmizdə fəaliyyət müddətinin başa çatması ilə əlaqədar Türkiyə Respublikasının fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.

    Nazirlər Kabinetinin mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, görüşdə Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib. Prezident İlham Əliyevin səfirin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirdiyi vurğulanıb.

    Baş nazir Türkiyə səfirinə gələcək fəaliyyətində uğurlar arzulayıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər