Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib

Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib
  • Siyasət

  • Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib.

    LEQAL.AZ xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

    Təlimlərdə şəxsi heyət şərti düşmən hədəflərini aşkarlayaraq onların S-125 zenit-raket komplekslərindən məhv edilməsi tapşırıqlarını müvəffəqiyyətlə icra edib.

    Təlimlərin əsas məqsədi şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsidir.

    PAYLAŞ:

    Oxşar xəbərlər