Ukraynanın aparıcı informasiya agentlikləri və portalları Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransdakı çıxışından silsilə materiallar yayıb.
LEQAL.AZ-ın xəbərinə görə, “Ukrinform”, “RBK Ukrayna” informasiya agentlikləri, “GORDON”, “Segodnya”, “Korrespondent”, “Dialog”, “asmedia.kiev.ua” və digər informasiya portallarında Ukrayna və rus dillərində yerləşdirilən materiallarda dövlətimizin başçısının çıxışından bəzi sitatlar diqqətə çatdırılıb.