Naxçıvan Qarnizonu Qoşunlarında komandir hazırlığı sistemində növbəti məşğələlər keçirilib

Naxçıvan Qarnizonu Qoşunlarında komandir hazırlığı sistemində növbəti məşğələlər keçirilib
  • Siyasət

  • "Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı sistemində növbəti məşğələlər keçirilib.

    LEQAL.AZ xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

    Əlahiddə Ümumqoşun Ordunun birinci eşelon birləşmələrinin müdafiə zolağında müdafiə və əks-hücum tapşırıqlarının yerinə yetirilməsi mövzuları üzrə məşğələlər taktiki və taktiki-sıra formasında keçirilib. Məşğələlərin keçirilməsi zamanı 44 günlük Vətən müharibəsi iştirakçılarının təcrübələrinin öyrənilməsi məqsədilə yüksəkliklərə hücumun təşkili və aparılması üçün döyüşün müxtəlif epizodları üzrə bölmələrin fəaliyyəti göstərilib.

    Birləşmənin Təlim-Tədris Mərkəzində keçirilən yekunda zabitlərin hazırlığının əsasını müstəqil hazırlıq təşkil etdiyi bildirilərək hər bir zabitə fərdi tapşırıqlar və növbəti məşğələlərə hazırlıq üzrə göstərişlər verilib.

    PAYLAŞ:

    Oxşar xəbərlər