Ağdam rayonu ərazisində fəaliyyət göstərən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşəbbüsü ilə Novruz mətbəxi təşkil edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, tədbirdə professor Tahir Əmiraslanov xalqımızın qonaqpərvərliyi, Novruz adət-ənənələri, bayramda bişirilən şirniyyatların mənaları barədə hərbi qulluqçulara ətraflı məlumat verib.
Sonda tədbir iştirakçılarına Assosiasiyanın diplomları və professor T.Əmiraslanovun müəllifi olduğu kitablar təqdim olunub, nahar təşkil edilib.