Azərbaycanın xarici işlər naziri slovakiyalı həmkarı ilə görüşüb - FOTO

Azərbaycanın xarici işlər naziri slovakiyalı həmkarı ilə görüşüb - FOTO
  • Siyasət

  • Martın 17-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Slovakiyanın xarici və Avropa işləri naziri İvan Korçok ilə görüşüb.

    LEQAL.AZ xəbər verir ki. görüşdə hər iki tərəfdən geniş tərkibli nümayəndə heyətləri iştirak ediblər.

    Nazir Ceyhun Bayramov ölkələrimiz arasında ikitərəfli münasibətlərin bir sıra istiqamətlər üzrə inkişaf etdiyini və bu əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların mövcud olduğunu qeyd edib. İqtisadi sahədə ikitərəfli əməkdaşlığın inkişafı, habelə qarşılıqlı investisiyaların təşviqi məqsədilə ardıcıl işlərin aparılmasının əhəmiyyəti vurğulanıb.

    İvan Korçok Azərbaycan Respublikasının Prezidenti ilə keçirilmiş görüşü məmnunluqla qeyd edib, ölkələrimiz arasında mövcud olan siyasi dialoqun davam etdirilməsinin vacibliyini səsləndirib. O, dövlətlərarası münasibətlərin təməlində duran beynəlxalq hüquq prinsiplərinə hörmət edilməsinin vacibliyini vurğulayıb.

    Ceyhun Bayramov həmkarına 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı tərəfimizdən görülən tədbirlər, Ermənistan tərəfinin sözügedən bəyanatlarla üzərinə götürdüyü öhdəliklərə uyğun olmayan davranışları, azad olunmuş ərazilərdə insanların həyatına birbaşa təhdid olan mina təhdidi, Ermənistanın beynəlxalq humanitar hüquqa zidd şəkildə mina xəritələrini Azərbaycan tərəfinə verməkdən imtina etməsi ilə bağlı qarşı tərəfə ətraflı məlumat verib.

    Nazirlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

    Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

    Daha sonra nazirlərin iştirakı ilə mətbuat konfransı keçirilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər