Xarici işlər naziri Ceyhun Bayramov ilə İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde arasında bir görüş başlanıb.
LEQAL.AZ xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tvitter səhifəsində qeyd olunub.
Qeyd olunub ki, görüşdə tərəflər Azərbaycan-İsveç ikitərəfli əlaqələri, bölgədə mövcud vəziyyət, üçtərəfli bəyanatların icrası, ATƏT-lə əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edəcəklər.