ATƏT sədri sabah Azərbaycana gəlir

ATƏT sədri sabah Azərbaycana gəlir
  • Siyasət

  • Sabah ATƏT-in fəaliyyətdə olan sədri, İsveç xarici işlər naziri Ann Linde Azərbaycana səfərə gələcək.

    LEQAL.AZ-ın ATƏT-ə istinadən verdiyi məlumata görə, A. Linde səfər çərçivəsində Prezident İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və Baş nazir Əli Əsədovla görüşəcək, Qarabağ məsələsi və ATƏT-in münaqişənin həlli prosesindəki rolu mövzusunda danışıqlar aparacaq.

    Görüşlərdə ATƏT və Azərbaycan arasında əməkdaşlıqla bağlı da müzakirə aparılacaq. ATƏT sədri  vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşəcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər