Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Lindenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
LEQAL.AZ xəbər verir ki, əvvəlcə Prezident İlham Əliyevlə ATƏT-in fəaliyyətdə olan sədri Ann Lindenin təkbətək görüşü oldu.
Sonra görüş geniş tərkibdə davam etdirildi.