ATƏT-lə Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə edilib

ATƏT-lə Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə edilib
  • Siyasət

  • Dekabrın 22-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İsveç Krallığının xarici işlər naziri Ann Linde arasında videokonfrans formatında görüş keçirilib.

    Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən LEQAL.AZ-a bildirilib ki, görüşdə bölgədə mövcud olan son vəziyyət və 10 noyabr tarixli üçtərəfli bəyanatdan irəli gələn bir sıra məsələlərin icrası ətrafında fikir mübadiləsi aparılıb.

    Nazirlər, 2021-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) İsveçin sədrliyini nəzərə alaraq, ATƏT-lə Azərbaycan arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər.

    Görüşdə, habelə ikitərəfli əməkdaşlıq münasibətləri, eləcə də qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər