Bu gün Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasından 29 il keçir.
LEQAL.AZ-ın məlumatına görə, bununla əlaqədar olaraq Ukrayna Xarici İşlər Nazirliyi özünün “Twitter” hesabından paylaşım edib.
Xarici işlər qurumu hər iki dövlətin yaxşı dost və strateji tərəfdaş olaraq qaldığını bəyan edib.
“Azərbaycan XİN ilə mükəmməl əməkdaşlıqdan zövq alırıq”, - deyə qeyd edilmiş paylaşımda Kiyevlə Bakı arasında münasibətlərin daha da möhkəmlənməsinə ümid ifadə edilib.
Today we mark 29 years of diplomatic relations between #Ukraine and #Azerbaijan. Both states remain good friends and strategic partners. We enjoy excellent cooperation with @AzerbaijanMFA and look forward to making UA-AZ relations even stronger.
oxu.az