Ömər Çelik: Radikalizm və təcavüzkarlıq Ermənistanı məhvə doğru sürükləyir

Ömər Çelik: Radikalizm və təcavüzkarlıq Ermənistanı məhvə doğru sürükləyir
  • Siyasət

  • Azərbaycan BMT, ATƏT və digər beynəlxalq qurumlar tərəfindən tanınan ərazilərini işğaldan azad edib. Zəfərdən sonra bölgəyə sülh və inkişaf vəd edən yeni əməkdaşlıq platforması təklif olunub. Türkiyə prosesləri diqqətlə izləməklə bərabər, bölgədə davamlı sülh və inkişaf modeli üçün səylərini davam etdirməkdədir. Radikalizmin və təcavüzkarlığın Ermənistanı gətirdiyi yer məhv nöqtəsidir.

    LEQAL.AZ xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə gerçəkləşən AKP İdarə Heyətinin iclasından sonra partiyanın sözçüsü Ömər Çelik keçirdiyi mətbuat konfransında səsləndirib.

    Fransadan sonra bəzi Avropa ölkələri parlamentlərinin də Dağlıq Qarabağla bağlı qəbul etdikləri ədalətsiz və hüquqi qüvvəsi olmayan qərarlara münasibət bildirən Ömər Çəlik deyib: “Belçika Federal Parlamentinin Nümayəndələr Palatasının məlum qətnaməsinin heç bir hökmü yoxdur, keçərsizdir, haqsız və qanunsuzdur”.

    Terrorizmlə mübarizədə mövqelərinin dəyişməz olduğunu diqqətə çatdıran Ömər Çelik bildirib ki, Türkiyə özünün dövlət sərhədləri boyunca terror təşkilatlarının möhkəmlənməsinə bundan sonra da imkan verməyəcək.(azərtac)
    PAYLAŞ:

    Oxşar xəbərlər