Prezident Misirə getdi

Prezident Misirə getdi
  • Siyasət / Maraqlı

  • Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün oktyabrın 12-də Misirə işgüzar səfərə gəlib.

    “Leqal” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Şarm Əl-Şeyx şəhərinin beynəlxalq aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Azərbaycan Prezidentini Misirin gənclər və idman naziri Əşrəf Subhi və digər rəsmi şəxslər qarşılayıblar.

    PAYLAŞ:

    Oxşar xəbərlər