Qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər

Qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər
  • Cəmiyyət

  • İyunun 8-də Qahirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin iştirakı ilə Azərbaycan-Misir sənədlərinin imzalanması mərasimi olub. 

    Misirlə Azərbaycan arasında ticarət dövriyyəsinin həcminin artırılmasını müsbət hal kimi dəyərləndirən Prezident İlham Əliyev, həmçinin vurğulayıb ki, ancaq mütləq rəqəmlər hələ bizi qane etmir və bu gün imzalanmış sənədlər, əldə edilmiş razılaşmalar  bu istiqamətdə daha uğurlu nəticələrə çatmaqda böyük rol oynayacaq. Şübhəsiz, Azərbaycan ərazisindən keçən  həm Şərq-Qərb, həm Şimal-Cənub nəqliyyat dəhlizləri də nəqliyyat-logistika sahəsində əməkdaşlıq üçün çox gözəl imkanlar açır.

    Misir Prezidenti Əbdülfəttah əs-Sisi də öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında Azərbaycanla əlaqələr barədə danışıb. Misirin dövlət başçısı bəyan edib ki, “bu gün Azərbaycan Respublikasının Prezidenti ilə keçirdiyim danışıqlar ikitərəfli əlaqələrin müxtəlif sahələrdə möhkəmləndirilməsinə xidmət edir.” Sitat: “Eyni zamanda, qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər ətrafında müzakirələr apardıq. O cümlədən inşaat, nəqliyyat, əczaçılıq, neft və infrastruktur sahələrində mümkün əməkdaşlıq imkanlarını müzakirə etdik. Həmçinin iki ölkə arasında birgə komissiyanın fəaliyyətinin və növbəti iclasının təşkilinin önəmini qeyd etdik”, - deyə Əbdülfəttah əs-Sisi söyləyib. 

    Enerji sahəsində əməkdaşlığımız çoxşaxəlidir və bu əlaqələrin genişləndirilməsi üçün tədbirlər həyata keçirilir, SOCAR Misirin Dövlət Neft Şirkəti ilə əməkdaşlıq edir. Ötən il yanvarın 27-28-də Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin ölkəmizdə səfərdə olub. 

    Nəhayət bu gün, iyunun 8-də Qahirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misirə rəsmi səfəri, çərçivəsində Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi ilə təkbətək, geniş tərkibdə keçirilən görüşlərdən, Azərbaycan-Misir sənədlərinin imzalanması mərasimindən sonra mətbuata bəyanatlarında iki ölkənin əlaqələrinin yeni istiqamətlərini də açıqlayıblar.

    Azərbaycanın keçən ilin sentyabr ayında öz dövlət suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsini, hazırda Azərbaycan-Ermənistan şərti sərhədində sakitlik hökm sürdüyünü, heç bir atəşkəs pozuntusu müşahidə olunmadığını diqqətə çatdıran  dövlətimizin başçısı Cənubi Qafqazdakı digər proseslərdən də ətraflı söz açıb. Bildirib ki, hazırda Azərbaycan və Ermənistan öz dövlət sərhədlərini müəyyənləşdirmək işində müəyyən uğurlara nail olublar. Demək olar ki, 12,7 kilometr dövlət sərhədi razılaşdırılıb. 
    Azərbaycanın Qazax rayonunun otuz ildən çox müddət ərzində işğal altında olmuş dörd kəndi danışıqlar yolu ilə Azərbaycana geri qaytarılıb və biz bunu müsbət hal kimi qiymətləndiririk: “Eyni zamanda, hesab edirəm ki, danışıqlar prosesində də irəliləyiş üçün yaxşı imkanlar var. Hər halda Azərbaycan buna hazırdır”.

    Azərbaycan ilə Misirin beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışdıqlarını, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq etdiklərini söyləyən dövlətimizin başçısı deyib ki, İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstəririk.





    Ceyhun Hüseynov,
    Masallı RMX İƏ üzrə mütəxəssis

    PAYLAŞ:

    Oxşar xəbərlər