14-11-2020, 22:36
Oxunma sayı:
368
Siyasət
Rusiya prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla söhbətində Dağlıq
Qarabağla bağlı razılıqların reallaşdırmasının aspektlərini müzakirə edib.
LEQAL.AZ RİA Novosti istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, telefon danışığı zamanı atəşkəsə əməl olunmasından və təmas xəttindəki vəziyyətin sakit olmasından məmnunluq ifadə edilib.
V. Putin İ.Əliyevlə söhbətində üçtərəfli bəyannaməyə uyğun olaraq Azərbaycan Respublikasına qaytarılmış bölgələrdə xristian kilsələrinin və monastırların olduğuna diqqət çəkib. Bu ziyarətgahların təhlükəsizliyinin və normal kilsə fəaliyyətinin təmin edilməsinin vacibliyini vurğulanıb.