İran rəsmisi: “Azərbaycandan yaxşı mesajlar aldıq”

İran rəsmisi: “Azərbaycandan yaxşı mesajlar aldıq”
  • Siyasət

  • İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Hatipzadə Azərbaycanın diplomatik kanallarla yaxşı, konstruktiv və qardaşlıq mesajları göndərdiyini bildirib.

    Leqal.az xəbər verir ki, Səid Hatipzadə Azərbaycan rəsmilərinin son günlər İranla bağlı səsləndirdikləri fikirlərə belə münasibət bildirib:

    “Azərbaycandakı qardaşlarımıza məsləhətimiz budur ki, mətbuata danışmazdan əvvəl iki ölkə rəsmiləri arasında diplomatik kanallar vasitəsilə danışıqların davam etməsinə icazə versinlər. Diplomatik kanallar vasitəsilə yaxşı, konstruktiv və qardaşlıq mesajları göndərdilər və bu danışıqların eyni istiqamətdə davam etməsinə icazə verilməlidir.

    Azərbaycan hakimiyyətinin bəzi mətbuat bəyanatlarının məqsədi açıq və aydın ola bilər. Ancaq niyyəti oxumaq və Azərbaycan hakimiyyətinə sözlərində diqqətli olmağı və üçüncü şəxslərin tələ qurmasına imkan verməməyi tövsiyə etmək istəmirəm".

    İranla Azərbaycan arasındakı münasibətlərin normal səviyyədə olduğunu bildirən Hatipzadə  "Azərbaycan tərəfi bu normal münasibətlərin süni əllər tərəfindən təhlükəyə atılmamasına diqqət yetirməlidir" deyib./modern.az
    PAYLAŞ:

    Oxşar xəbərlər