“Mixail Saakaşvili siyasi məhbusdur və bir Gürcüstan vətəndaşı olaraq onun azad olunması tələbini tam olaraq dəstəkləyirəm”.
LEQAL.AZ xəbər verir ki, bu fikirləri Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Rulofs öz feysbuk hesabında yazıb.
Daha sonra o, Saakaşvilinin sevgilisi Yelizaveta Yasko ilə videosundan danışıb: “Cümə günü axşam paylaşılan videonun mənim üçün gözlənilməz, formasının isə tamamilə qəbuledilməz olduğunu sizdən gizlətməyəcəyəm. Şəxsi emosiyalarıma baxmayaraq, sakitliyimi qoruyuram və inanıram ki, bu mübarizədən qalib ayrılacağıq”.
Qeyd edək ki, Saakaşvili ilə Yaskonun münasibətdə olduğu oktyabrın 1-i məlum olub. Belə ki, Saakaşvili həbs edildikdən sonra, Yaskonun paylaşdığı videoda deyir: “Biz Liza ilə hamıya birlikdə olduğumuzu deməyə qərar verdik. Biz yeni həyata, yeni ailəyə başlayırıq”.
Xatırladaq ki, Mixail Saakaşvili və Sandra Rulofsun boşanıb-boşanmaması barədə bu günə qədər hər iki tərəfdən rəsmi açıqlama verilməyib.
qafqazinfo