Zelenski Saakaşvilinin müdafiəsinə qalxıb

Zelenski Saakaşvilinin müdafiəsinə qalxıb
  • Dünya

  • "​​Siz çox yaxşı bilirsiniz ki, mən daim Ukrayna prezidenti kimi Ukrayna vətəndaşlarının vətənə qayıdışı ilə məşğulam”.

    LEQAL.AZ xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin Tbilisidə həbsdən azad edilməsi ilə bağlı rəsmi Kiyevin atacağı addımlar barədə sualı cavablandırarkən deyib.

    "Hakimiyyətin mənə verdiyi müxtəlif imkanlar var. Cənab Saakaşvili Ukrayna vətəndaşıdır, bu imkanlar həmçinin ona da aiddir. Xarici İşlər Nazirliyi və Gürcüstanda çalışan səfirliyimiz də daxil olmaqla, bütün qurumlar, Gürcüstanın Ukraynadakı səfiri, nazirlər kabinetləri arasında, baş nazirlər səviyyəsində hamı bununla məşğul olacağıq”, - prezident bildirib./report 

    Zelenski qeyd edib ki, Saakaşvilinin Gürcüstana getmək qərarını yanlış hesab edir. Ukrayna lideri Saakaşvilinin Gürcüstana getməsi barədə məlumatsız olub. O, bu barədə kütləvi informasiya vasitələrindən xəbər tutub.
    PAYLAŞ:

    Oxşar xəbərlər