İran konstitusiyasının 152-ci maddəsinə görə bütün müsəlmanların hüquqlarının müdafiəsi İran xarici siyasətinin əsas psinsiplərindən biridir. Konstitusiyanın 154-cü maddəsi isə dünyanın istənilən yerində məzlumların dəstəklənməsini nəzərdə tutur.
Lakin, İran Qarabağ müharibəsində Azərbaycan müsəlmanlarına münasibətdə bu prinsiplərə qəti əməl etməyib.
Özünü guya müsəlmanların himayəçisi elan edən İran İslam həmrəliyini öz dövlət maraqlarına qurban verib.
Necə ki, birinci Qarabağ müharibəsində Tehranda Azərbaycan prezidentinin səlahiyyətlərini icra edən Yaqub Məmmədovla Ermənistan prezidenti Levon Terpetrasyan arasında təşkil edilən danışıqlardan sonra atəşkəsin əldə olunmasına razılıq əldə edilib. Lakin, danışıqları başa vurub Tehranı təkr etməyə hazırlaşan Yaqub Məmmədov Şuşanın erməni qüvvələri tərəfindən işğal olunduğunu öyrənir.
Daha ətraflı Baku TV-nin süjetində: