Bu dəhliz onların nəfəs borusu olacaq

Bu dəhliz onların nəfəs borusu olacaq
  • Siyasət

  • “Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək. Türkiyə və Azərbaycan arasında olan əlaqə daha da inkişaf edəcək”.

    LEQAL.AZ xəbər verir ki, bunu publika.az-a açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

    Deputat qeyd edib ki, bu dəhlizdən bütün region ölkələri faydalana biləcək: “Zəngəzur dəhlizi vasitəsilə İran və Rusiya kimi dövlətlər də öz yüklərini daşıyacaq. Azərbaycan tərəfindən küncə sıxılmış Ermənistan bu yol vasitəsilə dirçələ bilər. Yəni onlar bu dəhliz vasitəsilə dünyanın başqa ölkələrinə çıxış əldə edəcək. Həmin yolun istifadəyə verilməsi Şərq-Qərb nəqliyyat dəhlizinin yaranmasına səbəb olacaq. Bir sözlə, Zəngəzur dəhlizi əlaqələrin güclənməsinə xidmət edəcək və digər ölkələrdən gələn yükdaşımaların genişlənməsinə səbəb olacaq. Yəni bu layihənin həyata keçməsi bizim üçün çox mühüm bir məsələdir. Bu yol tək region üçün deyil, həm də dünya ölkələri üçün bir dəhliz rolunu oynayacaq. Azərbaycan hökuməti bu yolun açılmasını qarşısına məqsəd qoyub. Ermənistan rəhbərliyi düzgün qərar verib, axmaq iddialarından əl çəkib Zəngəzur dəhlizinin açılmasında iştirak etməlidir. Çünki bu yol onların bir növ nəfəs borusu olacaq və yaşayışlarının yaxşılaşmasına kömək edəcək”.
    PAYLAŞ:

    Oxşar xəbərlər