Əfqanıstan şəriət qaydaları ilə idarə ediləcək

Əfqanıstan şəriət qaydaları ilə idarə ediləcək
  • Siyasət

  • “Taliban” hərəkatının lideri Heybətullah Axundzadə Əfqanıstanı şəriət qanunları əsasında idarə edəcəklərini bəyan edib.

    LEQAL.AZ xarici mətbuata istinadın xəbər verir ki, “Taliban” lideri bununla bağlı bəyanatla çıxış edib.

    Bəyanatda bildirilib ki, gələcəkdə Əfqanıstanda bütün idarəçilik və həyat tərzi məsələləri müqəddəs şəriət qanunları ilə tənzimlənəcək: “Biz qonşularımızla və digər ölkələrlə hörmət və qarşılıqlı əlaqəyə əsaslanan güclü və sağlam münasibətlər istəyirik. Bu ölkələrlə münasibətlərimiz Əfqanıstanın maraq və mənfəətləri üzərində qurulacaq. Biz bütün beynəlxalq qanunlara, razılaşmalara, qətnamələrə və öhdəliklərə sadiq olacağıq”.

    Bəyanatda daha sonra vurğulanıb ki, “İslam Əmirliyi" (“Taliban” siyasi sisteminin adı) müqəddəs İslam dininin tələbləri daxilində insan haqlarını, azlıqlarını qorumaq üçün ciddi və təsirli addımlar atacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər