Türkiyə ilə münasibətlər Rusiyanı QISQANDIRIR:

Türkiyə ilə münasibətlər Rusiyanı QISQANDIRIR:
  • Siyasət

  • "Ermənistanın iqtisadi vəziyyəti və geosiyasi reallığı nəzərə alsaq, Qarabağda hərbi qisas alması mümkün deyil".

    LEQAL.AZ xəbər verir ki, bunu rusiyalı politoloq, Rusiya Federasiyası Xarici və Müdafiə Siyasəti Şurasının üzvü Georgi Bovt deyib.

    "Fakt budur ki, bu işdə haqq-ədalər Ermənistanın tərəfində deyil, çünki Qarabağ onun ərazisi deyil. Əlbəttə ki, başqasının ərazisini yenidən ələ keçirməyə cəhd edə bilərsiniz, amma dünya ictimaiyyətinin bu işdə ona dəstək verməsi ehtimalı az idi. Düşünürəm ki, dünya birliyi 44 günlük müharibənin nəticəsindən olduqca razıdır "Bovt bildirib. Politoloq bildirib ki,

    gec və ya tez müharbənin başlayacağını gözləyirdi. Onun fikrincə müharibə 2020-ci ilin yazında başlaya bilərdi, çünki bunun üçün ümumiyyətlə bütün ön şərtlər var idi.

    "Azərbaycanın qalib gələcəyi isə mənim üçün sürpriz deyildi. Axı hamı bilirdi ki, Azərbaycan ordusunu yenidən təchiz etmək üçün böyük vəsait və səy ortaya qoymuşdur. Buna görə də qələbə nəinki gözləniləndir, həm də bu zəfərə layiq idi".

    Rusiya-Azərbaycan münasibətlərinə də toxunan politoloq qeyd edib ki, Azərbaycanla Rusiya arasındakı münasibətlər müəyyən çətinliklər olmadan keçmir və bu, Rusiyanın Türkiyəyə qarşı olan qısqanclığı ilə bağlıdır.

    "Rusiya Azərbaycana dəyər verir və onu itirmək istəmir. Buna görə də Moskva rəsmi Bakı ilə hər hansı bir iti nöqtədən və lazımsız qarşıdurmadan qaçacaqdır".

    Mənbə: metbuat.az
    PAYLAŞ:

    Oxşar xəbərlər